“Liverpul”un qapıçısı noyabra qədər meydana çıxmayacaq
- 09 Okt 2024 18:00
- 138
İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər meydana çıxmayacaq.
Rekord.az "Sky Sport"a istinadən xəbər verir ki, qolkiper Premyer Liqanın 7-ci turunda, "Kristal Pelas" (1:0) ilə oyunda zədələnib.
32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək.
Braziliyalı qolkiperin Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, həmçinin Çempionlar Liqasında “Leyptsiq” və “Bayer” komandaları ilə oyunları buraxacağı gözlənilir.