“Liverpul”un sabiq baş məşqçisində koronavirus aşkarlandı
- 11 Apr 2020 13:21
- 570
İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqlişdə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Şotlandiyalı mütəxəssisdən götürülən analizlərin cavabı müsbət çıxıb. 69 yaşlı məşqçi hazırda xəstəxana şəraitində müalicə olunur.
Şotlandiya millisinin sabiq üzvü karyerası ərzində yalnız “Seltik” və “Liverpul” klublarının şərəfini qoruyub. Məşqçilik karyerasına da məhz “Luverpul”da başlayan Dalqliş, 1985-ci ildən 1991-ci ilə qədər bu klubu çalışdırıb. Daha sonra “Blekbern”, “Nyukasl” və “Seltik”də işləyən sabiq hücumçu, son olaraq 2011/12 mövsümündə yenə “Liverpul”a baş məşqçilik edib.