“Liverpul”un sabiq futbolçusu Macarıstan klubunda
- 10 Dek 2024 20:30
- 86
İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.
29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.
Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.