“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda
- 27 Dek 2019 12:21
- 720
Türkiyənin “Ankara Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, TFF 2-ci liqa təmsilçisi türk əsilli almaniyalı hücumçu Samed Yeşili heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
Almaniyanın “Bayer” klubunun yetirməsi olan, bir müddət İngiltərə təmsilçisi “Liverpul”da çıxış edən 25 yaşlı futbolçu, İsveçrədə “Lütsern”in, Yunanıstanda “Panionios”un da formasını geyinib. Onun sonuncu klubu isə Uerdingen “Bayer”i olub.
Samed Yeşil vaxtilə Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.