U-21-in Lixtenşteynlə növbəti ev oyunu da Sumqayıtda olacaq.

 

Rekord.az-a daxil olan məlumata görə, bunu baş məşqçi Milan Obradoviç Elxan Məmmədovdan xahiş edib.

 

Səbəb isə azarkeş amilidir. Bakıdakı oyunlar bir qayda olara boş tribunalar önündə keçirilir. Lakin İsveçrə ilə oyunda "Kapital Bank Arena"nın tribunaları dolu idi və yaxşı mənada Obradoviç və futbolçuları da şoka düşmüşdü. Nəzərə alaq ki, Lixtenşteyn xal almaq üçün münasib rəqibdir və azarkeş dəstəyi bu mənada çox önəmlidir. Bu mənada serbiyalının xahişini başa düşmək olar.