Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandasının Avropa çempionatındakı hədəflərindən bəhs edib.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşıdakı turnirin favoritlərindən olmadıqlarını söyləyib. Löv qitə birinciliyində onlardan da güclü komandaların olduğunu vurğulayıb:

"Almaniya millisi cəlbedici hücum futbolu oynamağı planlaşdırır. Əlbəttə ki, AVRO-2020-nin pley-offuna çıxmaq istəyirik. Ancaq unutmamalıyıq ki, turnirdə uzun müddət birlikdə oynayan və irəliləməyi bacaran komandalar da olacaq.

Fransa, Hollandiya, İngiltərə və İtaliya kimi yığmaları nəzərdə tuturam. Komandamız hələ böyüməlidi, ancaq bizim təməlimiz var və gələcəkdə titullar uğrunda mübarizə apara bilərik. AVRO-2020-nin favoritlərindən olmayacağıq ".

Almaniya millisinin F qrupundakı rəqiblərindən ikisi Fransa və Portuqaliya olacaq.