Luçeskunun Bakı haqda рroqnozu düz çıxdı
- 02 Dek 2019 16:45
- 809
Türkiyə milli komandasının keçmiş baş məşqçisi Mirça Luçesku AÇ-2020-nin püşkatması ilə bağlı maraqlı fikirlər səsləndirib.
Rekord.az xəbər verir ki, 74 yaşlı rumıniyalı mütəxəssis Şenol Günəşin çalışdırdığı “ay-ulduzlular”ın A qrupuna düşəcəyini əvvəldən hiss etdiyini və gözlədiyini deyib.
Günəşə qədər yığmanın "sükanı" arxasında olmuş Luçesku Türkiyə millisinin oyunlarını Bakıda keçirəcəyini öncədən proqnozlaşdırıb. Təcrübəli məşqçinin düşüncələrinin doğru çıxması Türkiyədə kifayət qədər marağa səbəb olub.
Türkiyə millisi AÇ-2020-nin final mərhələsində - A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə eyni qrupda yarışacaq. “Ay-ulduzlular” Bakıda 2 matç keçirəcəklər - iyunun 17-də Uels və 21-də İsveçrəyə qarşı duellər Bakı Olimpiya Stadionunda olacaq. Türklər qrupun açılış oyununda isə Romada İtaliya ilə üz-üzə gələcək.