Romero Lukakunun gələcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

Rekord.az xəbər verir ki, belçikalı futbolçu müqavilə ilə "Çelsi"yə məxsus olsa da, hazırda icarə əsasında "İnter"də forma geyinir.

Lakin son vaxtlar tez-tez zədələnməsi və gözlənilən oyunu göstərə bilməməsi "İnter" rəhbərliyini də düşündürməyə başlayıb. Bu mənada onlar yeni müqavilə ilə bağlı "Çelsi" ilə danışıqlar aparmağa tələsmir. Futbolçu özü isə "İnter"də qalmaq istəyir.