İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “Bavariya”nın U-19 komandasından Rayan Yohanssonu transfer edib.

Bu barədə Əndəlüs təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

21 yaşadək futbolçulardan ibarət Lüksemburq millisinin də üzvü olan Yohansson, “Sevilya”nın B komandasının formasını geyinəcək.