Maaşının azaldılmasına razı olmadı, istefaya göndərildi
- 10 Yan 2021 22:04
- 829
Türkiyənin “Qaziantep” klubu baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya rumın mütəxəssislə klub rəhbərliyi arasında münasibətlərin pisləşməsi səbəb olub. Rəhbərlik baş məşqçiyə maaşının 10 faiz azaldılmasını təklif etsə də, o, bunu qəbul etməyib və mətbuata açıqlamasında bunu ciddi tənqid də edib. Bu üzdən klub rəhbərliyi onu istefaya göndərmək məcburiyyətində qalıb. Açıqlamada tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdikləri bildirilib.
50 yaşlı mütəxəssis bugünlərdə Türkiyə mətbuatına açıqlamasında illik maaşının 600 min avro olduğunu və həyat yoldaşına zəng edərək ondan pul istəyəcəyini bildirmişdi.
Qeyd edək ki, Şumudiça 2019-cu ildən "Qaziantep"i çalışdırırdı. Hazırda komanda Super Liqada 31 xalla 4-cü pillədədir.