Maaşının azaldılmasına razı olmadığı üçün Dortmunddan gedir
- 11 Yan 2020 14:50
- 762
Cari mövsümün sonunda “Borussiya” (Dortmund) ilə müqaviləsi başa çatacaq Mario Getse karyerası ilə bağlı qərarını verib.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu, Dortmund klubundan ayrılmaq qərarına gəlib.
Klubla yeni müqavilə ilə bağlı danışıqlar aparan futbolçu, məvacibinin 30 faiz azaldıldığı sözləşməni qəbul etməyib. Futbolçunun Bundesliqanın digər təmsilçisi “Herta”ya transfer olunmağa yaxın olduğu bildirilir.
2016-cı ildən “Borussiya”nın şərəfini qoruyan almaniyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 16 oyunda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.