Maaşının azaldılmasına razı olmayan baş məşqçi qovuldu
- 16 Apr 2020 22:00
- 637
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiya mətbuatının iddiasına görə isə, Byelitsa maaşının azaldılmasına razı olmadığı üçün qovulub. Klub rəhbərliyi daha əvvəl eyni səbəbdən xorvatiyalı mütəxəssisin 6 köməkçisini vəzifəsindən azad edib. Onların hamısı klubun maaş endirimi tələbini qəbul etmədiyinə görə istefaya göndəriliblər.
Qeyd edək ki, 2018-ci ildən “Dinamo”ya başçılıq edən Nenad Byelitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb. Sözügedən klub məhz onun rəhbərliyi altında 50 illik fasilədən sonra avrokuboklarda qrup mərhələsini keçməyə nail olub. Zaqreb təmsilçisi Byelitsa ilə 99 oyuna oyuna çıxıb, 71 qələbə qazanıb.