AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Macarıstan yığmasının final mərhələsinə vəsiqə qazanmaq üçün qələbədən başqa çarəsi yoxdu.

 

Rekord.az xəbər verir ki, macarların işi bununla kifayətlənməyəcək.

 

Yerli KİV komandalarının hansı yollarla Avropa çempionatına yollana biləcəyini araşdırıb. Macarıstan yığması son iki qarşılaşmadan qalib ayrılsa belə, digər oyunların nəticəsini gözləməli olacaq.

 

Macar həmkarlarımız, xüsusən də, Slovakiyanın büdrəməsinə ümid bəsləyirlər: "Hər iki görüşdə qələbə qazansaq belə, Slovakiyanın nəticəsi bizim vəziyyətimizi müəyyənləşdirəcək. Yəni, taleyimiz təkcə öz əlimizdə yox, həm də Xorvatiya və Azərbaycanın əlindədir. Çünki onlardan biri mütləq slovakları büdrətməlidir".