Azərbaycanın voleybolçu qadınlardan ibarət yığmasının üzvü Nikalina Başnakova Macarıstan çempionatının yarımfinalında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şəfərini qoruduğu "Szent Benedek" 1/2 finalda "Bekescsaba"ya rəqib olub.

Cütün ilk matçı gərginliyi ilə yadda qalıb. Ciddi mübarizə şəraitində keçən görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Uzatmalara qədər davam edən həlledici hissə isə rəqib daha dəqiq olub. 5 set davam edən oyunda Nikalina və rəfiqələri 2:3 (27:25, 25:22, 20:25, 18:25,15:17) hesablı məğlubiyətlə barışmalı olublar.

Komandasının qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Başnakova meydanda olduğu müddətdə 2 dəfə hücumda fərqlənib.

Qeyd edək ki, "Szent Benedek" yarımfinalda ikinci matçına aprelin 12-də çıxacaq. Bu mərhələdə komandalar üç qələbəyədək mübarizə aparırlar.