Macarıstanlı FİFA referisi Viktor Kaşşai karyerasını bitirib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 44 yaşlı hakimin özü məlumat yayıb. Macarıstanlı hakim 2003-cü ildən FİFA referisi idi.

Kaşşai 2011-ci ildə Çempionlar Liqasının final matçını, AÇ-2016-nın açılış oyununu idarə edib. 44 yaşlı ədalət təmsilçisi 2011-ci ildə də ilin ən yaxşı hakimi seçilib.