Mahir Emreli derbidə qol vurdu, “Nürnberq” darmadağınla qalib gəldi
- 20 Okt 2024 18:16
- 126
Almaniya 2-ci bundesliqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşıb.
Emreli start heyətdə meydana çıxıb. 13-cü dəqiqədə Emreli təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. Qalan dəqiqələrdə daha 3 qol vuran “Nürnberq” darmadağına sevinib – 4:0.
Emreli 62-ci dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində "Nürnberq" xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.