Mahir Əmrəlinin qışda ölkə xaricinə yollanacağına dair xəbərlər dolaşsa da bu, baş verməyəcək.

 

Rekord.az-a daxil olan məlumata görə, təkliflər ciddi deyil. 

 

Bundan başqa, Qurban Qurbanov özü də Mahirin gedişini istəmir. Çünki onu əvəzləyəcək o səviyyədə başqa bir yerli futbolçu yoxdur. Legionerlərdən Maqaye Qeye də ümidləri doğurultmur. Bu üzdən də Əmrəli ən azı yaya kimi "Qarabağ"dan heç yerə getməyəcək.