Azərbaycanlı hücumçu Mahir Emreli "Nürnberq"in heyətində növbəti dəfə fərqlənib.


Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü "Hamburq"un qapısına yol tapıb.


Mahir Almaniya 2-ci Bundesliqasının 11-ci turunda hesabı bərabərləşdirən qolun müəllifi olub. O, 62-ci dəqiqədə rəqib qapıçını məyus edib.


65-ci dəqiqədə sarı vərəqə alan Mahir bundan 3 dəqiqə sonra əvəzlənib.


Qeyd edək ki, hazırda davam edən oyunda hesab bərabərdir - 1:1