Futbol üzrə Azərbaycan milli yığma komandasının üzvü Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında cüdoçularımızın yarışlarını izləyib.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahir Xorvatiyanın “Dinamo” klubunda daşıdığı formasını cüdoçumuz Hidayət Heydərova hədiyyə edib.