Mahir Emrelinin evindən 60 minlik oğurluq edənlərin aqibəti necə oldu?
- 25 Apr 2020 17:21
- 701
Azərbaycan yığmasının və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin evindən oğurluq etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Rekord.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Təqsirləndirilənlər Bakıda bir neçə mənzildən oğurluq etməkdə təqsirləndirilirlər. Onların cinayət işi üzrə 13 nəfər zərərçəkmiş tanınıb.
Zərərçəkmiş şəxslər arasında "Qarabağ"ın və millinin hücumçusu Mahir Emrəlidə var.
M.Emrəlinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki mənzilindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları ümumilikdə 60 min manat oğurlanıb.