Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo”nun qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı meydan sahibləri açıb. Polşa çempionu bərabərlik qolunu matçın sonlarında qolunu vurub. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Portuqaliya “Benfika”sı Rusiyanın paytaxtı Moskvada "Spartak" üzərində inamlı qələbəyə sevinib. “Ferentsvaroş" isə Macarıstanda Çexiyanın “Slaviya" (Praqa) komandasına qalib gəlib.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları

4 avqust

Spartak (Moskva, Rusiya) - Benfika (Portuqaliya) 0:2

Dinamo (Zaqreb, Xorvatiya) - Legiya (Polşa) 1:1

Ferentsvaroş (Macarıstan) - Slaviya (Praqa, Çexiya) 2:0