Mahir oynadı, “Nürnberq” qalib gəldi
- 01:01
- 30
Almaniya 2-ci bundesliqasında 20-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün öz meydanında “Darmştad”ı qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Emreli 90+3-cü dəqiqədə Yanni Serra ilə əvəzlənib. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hazırda 28 xala malik “Nürnberq” 10-cu pillədə qərarlaşıb.