
Mahir sonadək ehtiyatda qaldı
- 16 Mar 2025 23:00
- 41
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” Almaniya bundesliqasında növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, bu gün keçirilən 26-cı turun matçında Miroslav Klozenin komandası “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Justvan (4, 39) və Tsimas (45+4) vurublar.
Emreli ehtiyat heyətdə yer alıb və sonunadək oyunu texniki zonadan izləyib.
Bu qələbədən sonra xalını 41-ə yüksəldən “Nürnberq” 7-ci yeri tutur.