Mahir üçün bir hissə və növbəti məğlubiyyət
- 16 Dek 2024 00:13
- 69
"Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Mahir Emrelinin komandası 16-cı turda "Köln"lə qarşılaşıb.
Səfərdə keçirilən qarşılaşma azərbaycanlı futbolçunun komandası üçün uğursuz alınıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir "Köln"lə matçın start heyətində yer alsa da, hesab 0:3 olarkən fasilədə əvəzlənib.
"Nürnberq" 19 xalla 13-cü pillədə yer alıb.