Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçunun çıxış etdiyi komanda 2-ci Bundesliqanın 14-cü turunda "Fortuna”nı (Düsseldorf) qəbul edib.


Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.


Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Nürnberq təmsilçisi 12-ci pillədə qərarlaşıb.