
Mahirin vurduğu qol “Nürnberq”ə qələbə gətirdi
- 01:12
- 75
Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Nürnberq” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Kayzerslautern”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib. Mahir də uzun müddətdən sonra “Nürnberq”in heyətində fərqlənib. İlk dəqiqədən meydanda olan Azərbaycan yığmasının futbolçusu 68-ci dəqiqədə güclü zərbə ilə komandasının ikinci qolunu vurub. Qoldan az sonra sarı vərəqə ilə cəzalandırılan Emreli 87-ci dəqiqədə yerini Serraya verib.
Bu qələbədən sonra "Nürnberq" 44 xalla 7-ci pilləyə yüksəlib.