Mahmud Qurbanov AFFA-nın cəzasını haqsız sayır
- 04 Dek 2019 18:00
- 958
Birinci divizionun XII turunun "Kəpəz"lə oyununda hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov verilən qərardan narazıdır.
Rekord.az-a açıqlamasında Qurbanov heç kimi söymədiyini bildirib: "Niyə bu cür cəza verildiyini özüm də anlamıram. Mən hakimi söyməmişəm sadəcə qırmızı vərəqə epizoduna görə etirazımı bildirmişəm. Başqa hər hansı bir insident təhqir olmayıb".
Qeyd edək ki, İK-in qərarına əsasən, Qurbanov oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu isə 400 manat cərimə olunub.