Makelelenin yeni iş yeri bilindi
- 16 Sen 2024 11:54
- 112
Fransa millisinin və “Çelsi”nin sabiq futbolçusu Klod Makelele Yunanıstanda çalışacaq.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Asteras”ın baş məşqçisi təyin edilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Makelele buna qədər Fransanın “Bastiya” və Belçikanın "Eypen" klubunun baş məşqçisi olub. O, 2023-cü ilin sonuna kimi “Çelsi”nin 18 yaşadək futbolçulardan ibarət komandasını çalışdırıb.