"Qarabağ"ın kapitanı Maksim Medvedev "Sevilya" ilə oyundan sonra açıqlama verib.

 

Rekord.az xəbər verir ki o məğlubiyyəti bu cür şərh edib: "Rəqib güclü komandadır. Bugünkü oyun da göstərdi ki komandalar arasında böyük fərq var. Biz bu cür sürətli oyuna qarşı eyni cür oynaya bilmirik. Oyunan qabaq bilirdik ki heç-heçə də bizi qane edir. Ona görə ilk hissədə və ikinci hissənin əvvəlində çalışırdıq ki irəli çox getməyək. Amma gördüyünüz kimi 90 dəqiqə müdafiə olunmaq da alınmır. Özü də belə rəqibə qarşı. Çox çalışsaq da rəqib hesabı açmağa nail oldu. onra daha irəli çıxmaq üçün məcbur olub sistemi dəyişdik və "dördlü" müdafiəyə keçdik. Belə olanda da futbolçular yoruldu.Nəticədə bəzilərinin ayaqlarında qıcolmalar başladı".

 

Maksim komanda yoldaşı Zubirin zəif oyunu haqda verilən sualı da cavablandırdı: "Zubir birəbirdə güclü futbolçudur. Bugünkü oyunda da özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Çünki bu cür oyunları əcnəbi menecerlər də izləyir. Lakin dediyim kimi ilk dəqiqələrdən müdafiədən oynadığımızdan Zubir də arxadan oynamağa başladı".

 

Maksim qrupdan çıxa bilməməyimizin səbəbini isə bu cür izah etdi: "Düzür bu ilki qrup bir qədər münasib idi. Amma yenə də futboldu hər şey olur. APOEL-i pley-offda ilk oyunda uduruq sonra evdə uduzuruq. Bu komanda bizim üçün qəribə komanda oldu heç cürə tuta bilmədik onların oyununu. Bir sözlə öz üzərimizdə çox işləməliyik"