Azərbaycan millisinin məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev10 gün yaşıl meydanlardan kənar qalacaq.

Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçi yığmanın Uelslə oyunöncəsi ilk məşqində ayaq əzələsini dartıb.

Maksssim bu gün Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.