Maldini koronavirusa qalib gəldi
- 04 Apr 2020 14:20
- 671
İtaliyanın “Milan” klubunun gənc futbolçusu Daniel Maldini koronavirus pandemiyasına qalib gəlib.
Rekord.az xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu “İnstaqram” hesabında məlumat yayıb:
“Özümü yaxşı hiss edirəm. Məndə artıq heç bir simptom yoxdu. Fərdi məşqlər etməyə başlamışam”.
Qeyd edək ki, Daniel “Milan” klubunun texniki direktoru Paulo Maldininin oğludu. Onların hər ikisində martın 21-də koronavirus aşkarlandığı açıqlanmışdı. Ata Maldininin müalicəsi hələ də davam edir.