İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, “şəhərlilər” “Koritiba”dan Braziliyanın gənclər millisinin üzvü olan Yan Koutonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

17 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Kouto “Mançester Siti”yə yayda qoşulacaq.


Sağ cinahda oynayan futbolçu ötən il Braziliyanın U-17 yığması ilə dünya çempionu olub.