“Mançester Siti” CAS-a şikayət etdi - RƏSMİ
- 27 Fev 2020 11:20
- 725
Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan İngiltərənin “Mançester Siti” klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Rekord.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, "şəhərlilər"in apellyasiya şikayəti qəbul olunub. Qurum yekun qərarın nə vaxt veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, UEFA "Mançester Siti"ni avrokuboklardan kənarlaşdırmaqla yanaşı, klubu 30 milyon avro məbləğində cərimələyib.