İngiltərə çempionu “Mançester Siti” braziliyalı futbolçusu Fernandinyonu daha bir mövsüm komandada saxlamağa qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, 34 yaşlı futbolçu klubu ilə yeni 1 illik müqavilə imzalayıb. Həm müdafiə, həm də yarımmüdafiə xəttində etibarlı oyunu ilə diqqət çəkən braziliyalının əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcəkdi. Amma klub təcrübəli oyunçunun xidmətindən növbəti mövsümdə də yararlanmaq istəyir.

Fernandinyo ölkəsində “Atletiko” (Paranaense) və Ukraynada “Şaxtyor” (Donetsk) klublarının formasını geyindikdən sonra 2013-cü ildə “Mançester Siti”yə transfer olunub. O, bu komandanın heyətində 299 rəsmi oyuna çıxıb. Braziliyalı oyunçu şəhərlilərlə 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə Liqa Kubokunun qalibi adını qazanıb.