“Mançester Siti” futbolçusunu icarəyə verdi
- 17 Avq 2024 10:40
- 180
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kelvin Fillipsin yeni komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, İngiltərə millisinin üzvü "İpsviç"ə keçib.
Bu barədə İpsviç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fubolçu yeni komandasında 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.
28 yaşlı müdafiəçi "Lids" klubunun yetirməsidir.
2022-ci ildə 49 milyon avroya "Mançester Siti"yə transfer olunan Fillips 2024-cü ilin əvvəlində 6 ay “Vest Hem” klubuna icarəyə verilmişdi. O, İngiltərə millisində meydana çıxdığı 31 matçda 1 qol vurub.