“Mançester Siti”də ciddi itki
- 22 Noy 2024 22:04
- 34
"Mançester Siti" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, İngiltərə klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç zədə səbəbindən 3-4 həftə futbol oynaya bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"ə qarşı keçirəcəkləri matç ərəfəsində bildirib.
Kovaçiçin zədəsi barədə təfərrüatlar açıqlanmayıb. 30 yaşlı futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyun keçirib və 3 qol vurub.