“Mançester Siti” səfərdə “Bornmut”a 2:1 hesabı ilə qalib gələrək, İngiltərə kubokunun yarımfinalına yüksəlib.


Rekord.az xəbər verir ki, Pep Qvardiolanın komandası rekorda imza atıb.


“Şəhərlilər” federasiya kuboku tarixində ardıcıl yeddi mövsümdə yarımfinala çıxan ilk komanda olub.


“Mançester Siti” turnirin finalına vəsiqə uğrunda “Nottingem Forest”lə qarşılaşacaq. İngiltərə kubokunun ikinci yarımfinalçısı “Kristal Pelas” – “Aston Villa” matçının qalibi olacaq.


Ötən mövsüm “Mançester Yunayted” ölkə kubokunun qalibi olub. “Qırmızı şeytanlar” finalda “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.