“Mançester Siti”nin futbolçusu Riyad Mahrez Məğribdə 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Rekord.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “France Football” nəşrinin sorğusunda “Ayaks”dan Hakim Ziyexi və Münhenqladbax “Borussiya”sından Rami Bensebainini qabaqlayıb.

Məğrib orta əsrlərdə Şimali Afrika ölkələrinə verilmiş addır. Bura Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş və Tunis daxildir.

Mahrez bu mövsüm “Mançester Siti” formasıyla Premyer Liqada 17 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.