“Mançester Siti”nin futbolçusu İtaliya klubunda
- 25 Avq 2024 17:00
- 149
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi "Komo"ya keçib.
Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.
O, ötən mövsüm İspaniyanın "Las Palmas" klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.
21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.