![photo](https://www.rekord.az/storage/news/2025_02_13/709e45b6_50a2_3a78_a404_eb9f1e7e91b0_850_1739457208.jpg)
“Mançester Siti”nin futbolçusu mövsümü erkən başa vura bilər
- 13 Fev 2025 19:30
- 34
"Mançester Siti"nin futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var.
İsveçrəli oyunçu İspaniya təmsilçisi "Real"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb.
Akanci cari mövsümdə 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.