
"Mançester Siti"nin sahibləri yeni klub aldılar
- 05 İyl 2022 12:15
- 481
"Mançester Siti"nin də sahibi olan BƏƏ-nin "City Football Group" şirkəti yeni futbol klubu alıb.
Rekord.az "Goal" saytına istinadən xəbər verir ki, şirkət hazırda İtaliya B Seriyasında çıxış edən "Palermo" klubuna yiyələnib.
Məlumatda bildirilir ki, komanda "City Football Group"a 13 milyon avroya başa gəlib.
2019-cu ildə müflis olduqdan sonra “Palermo” maliyyə çətinlikləri çəkir.