İngiltərə Premyer Liqasında 2-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Son çempion “Mançester Siti” doğma meydanda “Bornmut”la qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib. Mançesterin digər təmsilçisi – “Mançester Yunayted” isə səfərdə “Brentford”a elə ilk hissədə buraxdığı 4 cavabsız qolla uduzub.

“Arsenal” bu turda “Lester Siti”ni, “Aston Villa” isə “Everton”u məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Sauthempton” – “Lids”, eləcə də qolsuz bitən “Brayton” – “Nyukasl” və “Vulverhempton” – “Fulhem” matçlarında qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası
2-ci tur

13 avqust

Aston Villa – Everton 2:1
Qol: İnqs, 31. Buendiya, 85 – Din, 87-öz qapısına.

Arsenal – Lester Siti 4:2
Qol: Q.Jezus, 23; 35. Caka, 55. Martinelli, 75 – Saliba, 53-öz qapısına. Meddison, 74.

Brayton – Nyukasl 0:0

Mançester Siti – Bornmut 4:0
Qol: İ.Gündoğan, 19. De Bruyne, 31. Foden, 37. Lerma, 79-öz qapısına.

Sauthempton – Lids 2:2
Qol: Aribo, 72. Uolker-Peters, 81 – Rodriqo, 46; 60.

Vulverhempton – Fulhem 0:0

Brentford – Mançester Yunayted 4:0
Qol: Dasilva, 10. Yensen, 18. Mi, 30. Mbeumo, 35.