Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Mançester Yunayted” Lion “Olimpik”i ilə cavab matçında dramatik qələbəyə sevinib. İngiltərənin digər təmsilçisi “Tottenhem” isə “Ayntraxt”ı tək qolla yenərək mərhələ adlayıb. “Atletik” də “Reyncers” səddini inamlı qələbə ilə keçib. “Latsio” isə “Bodo Qlimt”lə bacarmayıb. Norveç təmsilçisi penalti seriyasında sevinən tərəf olub.

Avropa Liqası
1/4 finalın cavab oyunları

17 aprel

“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) 2:0
Qollar: Sanset, 45+4-pen. N.Uilyams, 80.
İlk oyun - 0:0.

“Mançester Yunayted” (İngiltərə) - “Olimpik” (Lion, Fransa) 5:4
Qollar: Uqarte, 10. Dalo, 45+1. B.Fernandes, 114-pen. Maynu, 120. Maquayr, 120+1 – Tolisso, 71. Talyafiko, 78. Şerki, 105. Lakazette, 108-pen.
İlk oyun - 2:2.

“Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun - 1:1.

“Latsio” (İtaliya) - “Bodo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)
Qollar: Kastelyanos, 21. Noslin, 90+3. Dia, 100 – Helmersen, 109.
İlk oyun - 0:2.