İngiltərənin “Mançester Yunayted” klubu yeni hücumçu ilə güclənib.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar” Çinin “Şanxay Şenxua” klubundan Odion İqalonu icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı nigeriyalı futbolçu cari mövsümün sonunadək “Mançester Yunayted”in formasını geyinəcək.

Xatırladaq ki, MY bir neçə gün öncə Portuqaliyanın “Sportinq” klubundan Bruno Fernandesi də transfer etmişdi. 25 yaşlı portuqaliyalı futbolçu ilə 5,5 illik müqavilə imzalanmışdı. Yeri gəlmişkən, o, “qırmızı şeytanlar”ın heyətində 18 nömrəli formanı geyinəcək.