İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.


Rekord.az bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir.


22 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2030-cu ilədək Mançester klubunun uğurları üçün çalışmağa davam edəcək.


Kot-d`İvuarlı futbolçu bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyunda 6 qol vurub.