
“Mançester Yunayted”dən antirekord
- 16:40
- 31
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında (APL) bir mövsümdə məğlubiyyətlərin sayına görə antirekorda imza atıb.
Rekord.az xəbər verir ki, bazar günü, aprelin 20-də “Mançester Yunayted” doğma meydanda İngiltərə çempionatının 33-cü turunda “Vulverhempton”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 77-ci dəqiqədə Pablo Sarabia vurub.
Bu, “Mançester Yunayted”in PL-in cari mövsümündə 15-ci məğlubiyyətidir. Komanda indiyə qədər heç vaxt bu qədər uduzmayıb.
Ruben Amorimin komandası hazırda 33 turdan sonra 38 xala malikdir və klubun Premyer Liqa tarixində ən az xalla mövsümü başa vuracağına zəmanət verilir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yeri tutur, əvvəlki antirekord 58 xal idi.