Mariya Stadnikin atası vəfat edib
- 13 May 2024 20:00
- 296
Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.