4 oktyabr tarixində QOLAT Sport Services-in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı ilə təşkil olunan “Marsol Minifutbol Turniri 2024”ün püşkatma mərasimi baş tutub.

Rekord.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri və Azərbaycan Minifutbol Federasiyasının Prezidenti Orxan Məmmədov, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, turnirin baş sponsoru “Kirpi Tekstil” şirkətinin tərkibində olan “Djevo” brendinin həmtəsisçisi və direktoru Cavid Salayev və sponsoru “MODERN HOSPITAL”ın direktoru Taryel Ömərov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
 
Tədbirin davamında QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək bu ilki turnirin 13 oktyabr tarixində start götürəcəyini qeyd edib, turnirdəki yeniliklər, şərtlər və qaydalar haqqında məlumat verib. Daha sonra püşkatma ilə qruplar müəyyən edilib.
 
Qeyd edək ki, artıq 4-cü ildir keçirilən turnirə qatılan 32 komanda hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər. 
 
Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaq. “Marsol Minifutbol Turniri 2024”lə bağlı bütün məlumatlar turnirin rəsmi sosyal media hesablarında paylaşılacaq.
 
İştirak edən hər kəsə uğurlar arzulayırıq. Güclü olan qalib gəlsin!
 
Turnirin çap və promo tərəfdaşı: Moon Group Poliqrafiya & Promo