Geridə qalan "İdman həftəsi"ndə aktiv olmağa çalışan bölgələrimizdən biri də Masallı idi.

Rekord.az xəbər verir ki, layihə çərçivəsində bir sıra idman növləri üzrə bir sıra idman tədbirləri keçirildi.

Tədbirlər isə rayonun aktiv və işlək idman obyektlərində baş tutdu. Rayonun gənclər və idman idarəsindən əldə etdiyimiz məlumata əsasən həmin obyektlərin siyahısını sizə də təqdim edirik:

Regional Boks Mərkəzi-Sahəsi 1620 kvm, Zalın ölçüsü :576 kvm, 4 məllim məşğul olur,3 boks müəllim,1.karate müəllimi,Idmançıların sayı 100 nəfər,Bir mərtəbəli idman zalıdır.

Uşaq-Gənclər İdman Şahmat məktəbi-Sahəsi : 300 kvm, Zalın ölçüsü :600 kvm, 40 məllim 6 idman növü üzrə məşğul olur,Idmançıların sayı 1096 nəfər ,üç mərtəbəli binadır.

Masall Olimpiya Kompleksi, Sahəsi 5 hektar, Zalın ölçüsü 3500 kvm, 7 məllim 6 idman növü üzrə məşğul olur.,idmançıların sayı 360 nəfər, İki mərtəbəli binadır

Regional Taekvondo Mərkəzi-Sahəsi 1 hektar,Zalın ölçüsü 1250 kvm,iki müəllim məşğul olur,Idmançıların sayı 120 nəfər,Bir mərtəbəli idman zalıdır

Viləş mini stadionu .Sahəsi 0.50.ha,Zalın ölçüsü 800 kv.m, beş futbol müəllimi, bir fitnes müəllimi işləyir, idmançıların sayı 300 nəfər, üç mərtəbəli idman zalıdır.