Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” SXM-nin birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik gününə həsr olunmuş gənclər arasında “Tir Atıcılığı” üzrə Masallı rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov , “Masallı Gənclər Evi” sosial xidmət müəssiəsinin direktoru Fuad Mənsimov və cüdo idman növü üzrə əməkdar məşqçi Xanağa Quliyev çıxış edərək, yarışın keçirilməsində əsas məqsədin gənclər arasında tir atıcılığı idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələnməsini aşılamaq olduğunu bildirərək yarışda qalib gəlmiş gəncləri təbrik etmişlər.

Yarışda qalib gəlmiş gənclər Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” SXM-nin diplomları ilə mükafatlandırılmışlar.